“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrində təşkil olunan qısamüddətli peşə təlimləri uğurla həyata keçirilməkdədir.
Təlimlərin əsas məqsədi Bakı və regionlarda yaşayan ixtisassız əhalinin, həmçinin qayıdış bölgələrində məskunlaşan şəxslərin peşə bacarıqlarının artırılması, əmək bazarına uyğunlaşmasına dəstək göstərilməsi və davamlı məşğulluğunun təmin edilməsidir.
Təlim istiqamətləri əmək bazarının mövcud və perspektiv tələbləri nəzərə alınmaqla müəyyən edilir və müvafiq sahə üzrə peşəkar bilik və bacarıqlara, həmçinin təlimçilik təcrübəsinə malik mütəxəssislər tərəfindən həyata keçirilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 12 ixtisas üzrə qısamüddətli peşə təlimləri təşkil olunmuş və hazırda davam etdirilir. Cari il ərzində, ümumilikdə bu layihə çərçivəsində təşkil edilən təlimlərə 20 ixtisas üzrə 502 nəfər müdavimin cəlb edilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsi üzrə isə hazırda 6 ixtisas üzrə qısamüddətli peşə təlimləri təşkil olunmuş və hazırda davam etdirilir. 2026-cı il ərzində isə bu layihə çərçivəsində təşkil edilən təlimlərə ümumilikdə, 10 ixtisas üzrə 250 nəfər müdavimin cəlb edilməsi planlaşdırılır.
Təlimi uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.