• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Xəbər

Qısamüddətli İnklüziv kurslarımızı bitirən müdavimlərə dövlət nümunəli sertifikatlar təqdim olunmuşdur.

By innoadm 

Əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyimiz qısamüddətli inklüziv kurslar uğurla başa çatmışdır.

Innoveta olaraq təşkil etdiyimiz kurslar Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin “Dərzi”, “Kompüter operatoru” və “SMM (Sosial Media Marketinqi)” ixtisaslarını əhatə etmişdir.

2 ay müddətində davam edən inklüziv kurslar sayəsində müdavimlər dərzilik, kompüter bacarıqları və yaradıcılıq yönümlü sahələrdə ilkin peşə bacarıqlarını mənimsəmişlər.

Eyni zamanda, biliklərin real sahədə tətbiqi istiqamətində “Usta yanında şagirdlik” layihəmizin “Aşpaz” uniformaları da “Dərzi” inklüziv qrupunun müdavimləri tərəfindən ərsəyə gətirilmişdir. Hazırlanmış uniformalar tələbələrin işəgötürən müəssisədə təcrübə dövründə istifadə edilmişdir. Bu təşəbbüs inklüziv peşə təhsilinin gücünü bir daha nümayiş etdirərək, onların yalnız nəzəri deyil, əmək bazarına uyğun praktiki bacarıqlar qazanmalarını da təmin edir.

İnklüziv təlim mühitində aparılmış kurslarda ümumilikdə 100 nəfər müdavim iştirak etmiş və onlardan 30%-i sağlamlıq imkanları məhdud şəxslər olmuşdur.

Kursların sonunda iştirakçılara dövlət nümunəli settifikatlar təqdim edilmişdir. Bu sertifikat müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün tanınır və əsas sayılır.

 

To support the development of vocational skills among persons with disabilities, we successfully implemented a series of short-term inclusive training courses.

Organized by Innoveta, these courses were held at the Baku State Vocational Education Center for Culture and Crafts and the Ganja State Vocational Education Center for Industry and Technology, covering the specialties of Tailoring, Computer Operator, and Social Media Marketing (SMM).

Over the course of two months, the inclusive training programs enabled participants to acquire foundational skills in tailoring, computer literacy, and creative disciplines.

As part of our efforts to provide practical experience, uniforms for the “Chef” occupation were produced by trainees from the inclusive Tailoring group within our “Apprenticeship” initiative. These uniforms were used by students during their internship at partnering companies. This initiative once again demonstrated the power of inclusive vocational education—helping trainees gain not only theoretical knowledge, but also practical, market-relevant skills.

The courses engaged a total of 100 participants, with individuals with disabilities accounting for 30% of the group.

Upon completion, all participants were awarded certificates, which are officially accepted as valid qualifications to begin employment in their respective fields.


inklüziv təhsilMəşğulluqpeşətəhsiliQısamüddətliTəlimlər

Related Articles


Xəbər
“Peşə təhsilində metodiki işin təşkili” istiqamətində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq dərs keçirilmişdir
Xəbər
Müxtəlif peşə ixtisas istiqamətləri üzrə əmək bazarının tələblərinə uyğun modul dərsliklərin hazırlanmasını həyata keçiririk
Xəbər
“Usta Yanında Şagirdlik təcrübəsindən doğma torpaqlara”

Leave A Reply Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində mərhələli şəkildə təşviqat tədbirləri həyata keçirilmişdir.
Previous Article
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində peşə hazırlığı üzrə qısamüddətli təlim kursları
Next Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.