• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Xəbər

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində mərhələli şəkildə təşviqat tədbirləri həyata keçirilmişdir.

By innoadm 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçmiş məcburi köçkünlərin peşə bacarıqlarını artırmaq və onların davamlı məşğulluğunu təmin etmək məqsədilə qısamüddətli təlimlərə dair mərhələli şəkildə təşviqat tədbirləri həyata keçirilmişdir.

Bakı şəhərinin müxtəlif peşə təhsil mərkəzlərində və keçmiş məcburi köçkünlərin sıx yaşadığı ərazilərdə, eləcə də Bərdə rayonunun keçmiş məcburi köçkün qəsəbəsində 5 müxtəlif təşviqat yönümlü tədbir həyata keçirilmişdir. Tədbirlərimizdən ilk ikisi 18 mart 2025-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobupark-2” yaşayış kompleksində, 22 may tarixində Bərdə rayonunun Həsənqaya qəsəbəsində keçirilmişdir. Növbəti ikisi 26 may tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və  30 may 2025-ci il Binəqədi rayonunda yerləşən Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Sonuncu tədbirimiz isə 3 iyun tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilmişdir.

Tədbirlərin məqsədi 3300-dən çox keçmiş məcburi köçkün ailəsini 42 ixtisas üzrə təşkil edilən qısamüddətli peşə təlimləri və karyera imkanları barədə məlumatlandırmaq, həmçinin onların bu proqramlara aktiv şəkildə cəlb olunmasını təşviq etmək olub. Tədbirlər zamanı ümumilikdə 600-ə yaxın keçmiş məcburi köçkün tədbirdə iştirak etmiş və onlara qeydiyyat prosesi, təlimlərin keçirilmə qaydaları və tədris proqramlarının karyera imkanları barədə ətraflı məlumat təqdim edilib.  

Tədbirlərdə peşə təhsili müəssisələrinin, həmçinin İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ Regional Məşğulluq filialının və müxtəlif işəgötürən müəssisələrin nümayəndələri iştirak ediblər.


BöyükQayıdışkeçmişməcburiköçkünlərMəşğulluqpeşətəhsiliQısamüddətliTəlimlər

Related Articles


Xəbər
Müxtəlif peşə ixtisasları üzrə xarici dildə olan dərsliklər peşə təhsil müəssisələrinin tələbələrinin ixtiyarına verilmişdir.
Xəbər
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Usta yanında şagirdlik təcrübə proqramı həyata keçirilir.
Xəbər
24-25 sentyabr tarixlərində “Yaşıl Bacarıqlar Təlim Proqramı” keçirilmişdir.

Leave A Reply Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Usta yanında şagirdlik təcrübə proqramı həyata keçirilir.
Previous Article
Qısamüddətli İnklüziv kurslarımızı bitirən müdavimlərə dövlət nümunəli sertifikatlar təqdim olunmuşdur.
Next Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.