Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif peşə ixtisasları üzrə xarici dildə olan dərsliklərin tərcüməsi, redaktəsi və nəşrə hazırlıq işləri həyata keçirilmişdir. Bu dərsliklər müxtəlif peşə sahələrini – o cümlədən aşpazlıq, santexnika, qənnadçılıq və digər istiqamətləri əhatə edir.
Bu təşəbbüs, peşə təhsili üzrə təhsil alan tələbələrə beynəlxalq standartlara uyğun tədris materialları ilə tanış olmaq imkanı yaradaraq onların bilik və bacarıqlarını daha da gücləndirilməsinə dəstək olacaq.
Beynəlxalq təcrübələrin peşə təhsili pilləsində tətbiqi isə əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edəcək.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.