Proqram çərçivəsində təşkil etdiyimiz təlimlər Bakı, Kürdəmir, Gəncə, Qəbələ, Bərdə və Tərtər regionlarında yerləşən Peşə Təhsil Mərkəzləri üzrə və ümumilikdə 38 ixtisas olmaqla, alternativ enerji qurğu və avadanlıqlarının istismarı, aqronom/texnik, arıçılıq, aşpaz, avtomobil diaqnostikası və təmiri ustası, bağban-dekorator, barmen, bərbər, bərbər/vizajist/manikürçü, bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı, dərzi, elektrik montyoru, elektrik qaz qaynaqçısı, əl-elektrik qaynaqçısı, frezerçi, geniş profilli traktorçu maşinist və təmirçi çilingər, heyvanlara xidmət üzrə baytar köməkçisi, isitmə-soyutma və havalandırma sistemləri üzrə montajçı, kabel xətlərinin quraşdırılması və təmiri üzrə elektrik montyoru, kənd təsərrüfatı maşın və avadanlıqları üzrə təmirçi çilingər, logistika operatoru, masajist, mebel ustası, mobil telefonların təmiri ustası, mühafizəçi, mühasib, ofisiant, ön büro (mehmana xidmətləri), proqramla idarə olunan dəzgahların operatoru, qazanxana maşinisti, qənnadçı, qrafik dizayner, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru, satış təmsilçisi, təmirçi çilingər, təmizlik xidməti, tornaçı və xalçaçı ixtisaslarını əhatə edir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.