İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi məqsədilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində qısamüddətli kurslar davam edir. Hazırda 6 regionda – Bakı, Bərdə, Gəncə, Kürdəmir, Qəbələ və Tərtərdə təşkil olunan təlimlər müxtəlif sahələri əhatə edir.
İndiyədək ümumilikdə 32 ixtisas üzrə 43 qısamüddətli peşə kursları təşkil olunmuşdur. Kurslara qəbul olunan 608 müdavim müxtəlif istiqamətlərdə təlimləri uğurla başa vurub. Proqramın əsas məqsədi qayıdış bölgələrində yaşayan əhalinin əmək bazarına çıxış imkanlarını artırmaq, onların yerli şəraitə uyğun peşə bacarıqları ilə təmin olunmasına dəstək göstərməkdir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.