Peşə təhsilinin müxtəlif səviyyələri üzrə əmək bazarının tələblərinə cavab verən modul dərs vəsaitlərinin hazırlanması prosesində təcrübəli sahə mütəxəssisləri ilə əməkdaşlıq həlledici rol oynayır. Bu yanaşma yalnız nəzəri biliklərin deyil, real iş mühitinə uyğun praktik məzmunun formalaşdırılmasını təmin edir.
Hazırlıq prosesi çərçivəsində sahə üzrə peşəkar mütəxəssislərlə sıx əməkdaşlıq qurularaq tamamilə yeni və innovativ tədris məzmunu hazırlanır. Modullar işlənib hazırlanarkən əmək bazarının həm mövcud, həm də gələcək ehtiyacları dərindən təhlil edilir. Nəticədə yaradılan materiallar redaktə və dizayn mərhələlərindən keçərək yüksək keyfiyyətli və istifadəyə hazır dərs vəsaitlərinə çevrilir.
Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış bu dərsliklər təhsilalanlara müasir tələblərə uyğun biliklər qazandırmaqla yanaşı, onların praktik bacarıqlarını da inkişaf etdirir. Bu yanaşma peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə, tədris prosesinin effektivliyinin artırılmasına və əmək bazarı üçün rəqabətqabiliyyətli, ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.
Bu yaxınlarda hazırlanmış modul dərs vəsaitləri peşə təhsili müəssisələrində təhsil alan tələbələrin istifadəsinə verilmiş, həmçinin dərsliklərin müəllif nüsxələri də onların yaradılmasında iştirak edən mütəxəssislərə təqdim edilmişdir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.