• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Xəbər

2027 – 2028-ci tədris ili üzrə təhsil proqramlarının yenilənməsi məqsədilə dəyirmi masa müzakirələri keçirilib.

By innoadm 

Əmək bazarının dəyişən tələblərinə uyğun peşə hazırlığının formalaşdırılması tədris məzmununun mütəmadi təkmilləşdirilməsini və sahə üzrə praktiki təcrübənin nəzərə alınmasını tələb edir. Bu istiqamətdə peşə təhsilinin müxtəlif səviyyələri üzrə 2027–2028-ci tədris ili üçün nəzərdə tutulan 15 ixtisasın təhsil proqramlarının yenilənməsi məqsədilə dəyirmi masa müzakirələri təşkil olunmuşdur.

6–15 oktyabr tarixlərində keçirilən görüşlərdə işəgötürənlər, sahə ekspertləri və peşə təhsili müəssisələrinin nümayəndələri iştirak etmişlər. Təşəbbüsün əsas məqsədi peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin effektivliyinin artırılması və əmək bazarı üçün rəqabətqabiliyyətli, ixtisaslı kadrların hazırlanmasına töhfə verməkdir.

Dəyirmi masa müzakirələri Geyim və aksessuar dizaynı, Qida və içki məhsulları istehsalının texnologiyası, Telekommunikasiya və rabitə avadanlıqlarının quraşdırıcısı, Səs operatoru, Baramaçı, Elektrik qaz qaynaqçısı, Kimyəvi və bioloji analiz laborantı, Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, Əl elektrik qaynaqçısı, İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları (HVAC) üzrə montajçı, Qənnadçı, Mexaniki yığma işləri üzrə çilingər, Neft-kimya sənayesinin texnoloji qurğularının operatoru, Təmirçi-çilingər və İnteryerin bədii tərtibatı ixtisaslarını əhatə etmişdir.

Müzakirələr zamanı müxtəlif ixtisaslar üzrə tədris məzmunu, istehsalatda tətbiq olunan müasir yanaşmalar və işəgötürənlərin gözləntiləri nəzərdən keçirilmiş, yeni kurikulumların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılmış və müvafiq təkliflər formalaşdırılmışdır.

Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq və İnnoveta MMC-nin təşkilatçılığı çərçivəsində hazırlanan kurikulumlar təhsilalanların müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, nəzəri biliklərin praktikada tətbiqi imkanlarının genişləndirilməsinə və onların gələcək peşə fəaliyyətinə daha yaxşı hazırlanmasına töhfə verəcəkdir.


#ƏməkBazarı#Kurikulum#TəhsilProqramlarıpeşətəhsili

Related Articles


Xəbər
Müxtəlif peşə ixtisas istiqamətləri üzrə əmək bazarının tələblərinə uyğun modul dərsliklərin hazırlanmasını həyata keçiririk
Xəbər
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən qısamüddətli peşə kurslarımız davam edir.
Xəbər
“Peşə təhsilində metodiki işin təşkili” istiqamətində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirilmişdir.

Leave A Reply Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakı və regionlarda qısamüddətli peşə təlimləri uğurla həyata keçirilir.
Previous Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.