11 dekabr 2025-ci il tarixində Dual peşə təhsili proqramı çərçivəsində işəgötürən müəssisə mentorları üçün metodika və pedaqoqika üzrə təlim təşkil etdik. Təlimin keçirilməsində əsas məqsəd mentorların tələbələrlə daha effektiv işləməsini təmin etmək, onların metodiki və pedaqoji bacarıqlarının inkişafına töhfə vermək və istehsalat təcrübəsinin daha məqsədyönlü və strukturlaşdırılmış şəkildə həyata keçirilməsinə dəstək vermək idi. Təlimdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi, qabaqcıl işəgötürən müəssisələrdən mentorlar, peşə təhsili müəssisələrinin istehsalat təlimi ustaları və İnnoveta komandası iştirak etmişdir.
Təlim prosesində bilik və təcrübə mübadiləsini təşviq etmək və təlimin daha interaktiv keçməsini təmin etmək üçün işəgötürən müəssisələrdən olan mentorlarla yanaşı, seçilmiş peşə təhsil mərkəzlərinin istehsalat təlimi ustaları da təlimə cəlb edilmişdir. Təlim zamanı həm peşə təhsili müəssisələrinin, həm də özəl sektor nümayəndələrinin istehsalat təlimi və təcrübəsi müddətində öyrətmə metodları və tələbələrin öyrənmə prosesi müzakirə edilmişdir. Daha sonra iştirakçılara peşə təhsilində metodiki və pedoqoji yanaşmaların fərqi izah edilmiş, həmçinin bu yanaşmaların daha effektiv tətbiqi ilə bağlı tövsiyyələr verilmişdir.
Sonda isə ümumi müzakirə aparılmış və öyrənmə xüsusiyyətlərinə uyğun təlim və təcrübə mühitinin yaradılması məqsədilə işəgötürən müəssisələrdən rəy və təkliflər öyrənilmişdir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.