İNNOVETA gələcəkdə müasir əmək bazarında öz yerini tutmaq istəyənlər üçün nüfuzlu təlim və konsultasiya mərkəzinə çevrilməklə ölkə iqtisadiyyatına dəyər qatmağı hədəfləyir.
Təhsil sisteminin dayanıqlı inkişafına, məhz cəmiyyətin ehtiyac duyduğu kadr hazırlığının planlı və düşünülmüş formatda təşkilinə, sosial məsuliyyətin təşviq edilməsinə öz töhfəmizi vermək.
Azərbaycanda məşğulluq, sosial rifahın və təhsil keyfiyyətinin yaxşılaşdırılmasına dəstək göstərən bir nöqtədə innovativ həll xidmətləri təklif etməklə seçilən məsləhətçi şirkət olmaq.
Verilən tapşırıqları vaxtında, keyfiyyətli və yüksək standartlara uyğun yerinə yetirməklə sifarişçi, tərəfdaş qurum və digər maraqlı tərəflər üçün əlavə dəyər gətirərək təhsil və sosial qayğı sahəsində bir lider olmaq.
Peşə Təhsili və Təlimi, Sosial inklüzivlik sahələrində konsaltinq xidmətləri göstəririk.
Yerli və beynəlxalq layihələrin dizayn hissəsindən sona qədər idarə və icra edilməsi, bu müddətdə vaxta qənaət edərək prosesin optimallaşdırılması, təcrübəli ekspertlərin seçilməsi
Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı BMTİP (UNDP), EPRD (Polşa), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Peşə təhsilinin əmək bazarının və sənayenin tələblərinə əsasən təşkili, bu sahədə məzmunun müasir peşə standarlarına uyğun olaraq yenilənməsi. Eyni zamanda, dövlət sifarişi ilə peşə təhsili üzrə tədris vəsaitlərinin məzmununun zənginləşdirilməsi məqsədilə aktuallıqla seçilmiş ixtisaslar üzrə xarici ölkələrin müasir məzmunu, vizual qrafikası ilə fərqlənən dərsliklərinin peşəkar tərcüməsi və peşə təhsili müəssisələrində istifadəsi üçün nəşrə hazırlanması.
Alman Dual peşə təhsili sisteminin və Şagirdlik proqramlarının tətbiqi ilə dövlət-özəl əməkdaşlığının formalaşdırılması və genişləndirilməsi, nəzəri bilik və praktiki bacarıqların, səriştələrin real iş mühitində əldə edilməsi, təlim zamanı/təlimdən sonra birbaşa işə götürülmə imkanı, məşğulluq, sosial inteqrasiya və peşə təhsilinin cəlbediciliyini artırmaq üçün potensialın yaradılması.
Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin sosial inklüzivliyi və onlara qayğının artırılması, sosial model siyasətinin və bu həssas təbəqə üçün Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin işlənib hazırlanmasına dəstək. Mühəndis-pedaqoji heyət üçün innovativ təlimlərin təşkili.
Beynəlxalq layihələr çərçivəsində təhsil, sosial, məşğulluq və siyasət yönümlü layihələrin idarə edilməsi, təlimlərin təşkili, müvafiq ekspertizanin təmin olunması.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.