“Peşə təhsili sahəsi üzrə dərs vəsaitlərinin hazırlanması” layihəsi
By innoadm
Başlanma tarixi
2021
Partnyorlar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi
Layihə
Təhsil, Məzmun
İnnoveta şirkəti peşə təhsili sahəsində qabaqcıl xarici ölkə nəşriyyatlarının ixtisaslar üzrə tədris vəsaitlərinin tərcüməsi və çapa hazırlanması prosesində tövhəsini verməkdədir.
Tədris vəsaitlərinin seçilərkən əhatə etdiyi ixtisasların aktuallığı, məzmunun yeniliyi və vizuallığı, şəkil və qrafiklərin müstəsna hüquqlara sahib olması kimi amillər nəzərə alınmışdır.
Tədris vəsaitlərinin tərcümə prosesinə təcrübəli tərcüməçilər ilə yanaşı sahə ekspertləri və redaktorlar cəlb edilmişdir.
Tədris vəsaitlərinin tərcüməsi ilə bağlı bütün hüquqlar alınmış və dərsliklərin dövlət vəsaiti hesabına çap edilərək peşə təhsili müəssisələrinə paylanması planlaşdırılır.
Peşə təhsili üzrə tədris vəsaitlərinin zənginləşdirilməsi məqsədi ilə xarici ölkə dərsliklərinin tərcüməsinin davam etdirilməsi nəzərdə tutulur.
Salam Lamiyə xanım, əlaqə məlumatınızı qeyd etdik, müvafiq sahə üzrə ekspertə ehtiyac olduğu halda sizinlə əlaqə yaradılacaq. Müraciətiniz üçün təşəkkür edirik.
2 Comments
Salam Mühasibat uçotu (subbakalavr) ixtisası üzrə ixtisas fənlərindən modul hazırlanarsa əməkdaşlıq etməyə hazıram.
Salam Lamiyə xanım, əlaqə məlumatınızı qeyd etdik, müvafiq sahə üzrə ekspertə ehtiyac olduğu halda sizinlə əlaqə yaradılacaq. Müraciətiniz üçün təşəkkür edirik.