• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Xəbər

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakı və regionlarda qısamüddətli peşə təlimləri uğurla həyata keçirilir.

By innoadm 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrində təşkil olunan qısamüddətli peşə təlimləri uğurla həyata keçirilməkdədir.

Təlimlərin əsas məqsədi Bakı və regionlarda yaşayan ixtisassız əhalinin, həmçinin qayıdış bölgələrində məskunlaşan şəxslərin peşə bacarıqlarının artırılması, əmək bazarına uyğunlaşmasına dəstək göstərilməsi və davamlı məşğulluğunun təmin edilməsidir.

Təlim istiqamətləri əmək bazarının mövcud və perspektiv tələbləri nəzərə alınmaqla müəyyən edilir və müvafiq sahə üzrə peşəkar bilik və bacarıqlara, həmçinin təlimçilik təcrübəsinə malik mütəxəssislər tərəfindən həyata keçirilir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 12 ixtisas üzrə qısamüddətli peşə təlimləri təşkil olunmuş və hazırda davam etdirilir. Cari il ərzində, ümumilikdə bu layihə çərçivəsində təşkil edilən təlimlərə 20 ixtisas üzrə 502 nəfər müdavimin cəlb edilməsi nəzərdə tutulur.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsi üzrə isə hazırda 6 ixtisas üzrə qısamüddətli peşə təlimləri təşkil olunmuş və hazırda davam etdirilir. 2026-cı il ərzində isə bu layihə çərçivəsində təşkil edilən təlimlərə ümumilikdə, 10 ixtisas üzrə 250 nəfər müdavimin cəlb edilməsi planlaşdırılır.

Təlimi uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.


BöyükQayıdışkeçmişməcburiköçkünlərMəşğulluqpeşətəhsiliQısamüddətliTəlimlərSİİS

Related Articles


Xəbər
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Usta yanında şagirdlik təcrübə proqramı həyata keçirilir.
Xəbər
10-11 Yanvar tarixlərində “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi çərçivəsində ixtisasartırma təlimi baş tutmuşdur.
Portfolio
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində peşə hazırlığı üzrə qısamüddətli təlim kursları

Leave A Reply Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

“Usta Yanında Şagirdlik" layihəsi çərçivəsində işəgötürən mentorları üçün metodika və pedaqogika üzrə təlim təşkil etdik.
Previous Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.