• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Xəbər

“Dual Peşə Təhsilindən real iş həyatına”

By innoadm 

“Bəzən böyük arzular kiçik bir mətbəxdə başlayır”.

Tamamın aşpazlığa marağı uşaqlıqdan yaranıb. Hələ məktəb illərində ailəsindəki çətinliklər səbəbindən evdə yemək hazırlamaq məsuliyyəti ona həvalə olunmuşdu. İlk baxışda bu, sadəcə bir ev işi kimi görünürdü. Amma bişirdiyi yeməklərin ailə üzvləri tərəfindən bəyənilməsi onu bu peşəyə daha da həvəsləndirdi.

Zaman keçdikcə yemək bişirmək onun üçün sadəcə bir ev işi yox, sevdiyi məşğuliyyətə və özünü gələcəkdə aşpaz olaraq görmə arzusuna çevrildi. Məktəb illərində müxtəlif maneələrlə qarşılaşsa da, Tamam aşpaz olmaq məqsədindən dönmədi. O, orta məktəbi bitirdikdən sonra bu arzusunun arxasınca Şəki Dövlət Peşə Təhsil Mərkəzinin dual peşə təhsili üzrə “Aşpaz” ixtisasına müraciət edir. Bu peşəyə qəbul olunur və burada həm nəzəri biliklər qazanır, həm də real iş mühitində özünü sınamaq imkanı əldə edir. Tamam, tədrisin nəzəri hissəsini peşə təhsil mərkəzində davam edərkən paralel şəkildə, təcrübə hissəsini də Şəkidə aparıcı müəssisələrdən olan “Şəki Park” istirahət mərkəzində keçdi. Təcrübənin ilk günlərindən onun məsuliyyəti, çalışqanlığı və işinə olan sevgisi mentorunun diqqətini çəkirdi.

Və çox keçmədən elə təcrübə keçdiyi müəssisədə işə qəbul olunur. Bu gün Tamam artıq sevdiyi peşə üzrə çalışır. Gələcəkdə isə özünü daha da inkişaf etdirərək xaricdə işləmək və sahibkar olmaq onun əsas məqsədlərindəndir.

Tamam deyir:

“Dual peşə təhsili sayəsində illərlə arzuladığım işi əldə etdim. Mən inanıram ki, zəhmət və əzmlə hər bir xəyal gerçək olur. Mənim hekayəm də bunun bariz nümunəsidir.”

Qeyd edək ki, dual peşə təhsil proqramında tələbələr bir illik təhsil müddətində nəzəri bilikləri Peşə Təhsil Müəssisəsində, paralel olaraq praktiki bacarıq və səriştələri isə aparıcı şirkətlərdə mərhələli şəkildə əldə edirlər. Dual peşə təhsilinin əsas üstünlüyü, tələbənin hələ təhsil alarkən real iş mühitində təcrübə qazanması və əmək bazarına hazır kadr kimi daxil olmasını təmin etməkdir.

Bu prosesdə tələbələr ilk iki həftə peşə təhsil müəssisəsində nəzəri dərslərdə, növbəti otuz həftə nəzəri və praktika (istehsalat təlimi və təcrübəsi) paralel şəkildə, son yeddi həftəni isə yalnız işəgötürən müəssisədə istehsalat təcrübəsində iştirak edirlər. Mövsümülüyü nəzərə alaraq, bəzi peşələrdə tədris fərqli intensivlikdə tətbiq edilə bilər. Sonda isə tələbələr peşə təhsilini bitirməsinə dair diplom əldə edirlər.


DualPeşəTəhsiliMəşğulluqpeşətəhsiliPeşəTəhsiliUğurutəcrübəUğurhekayəsi

Related Articles


Xəbər
24-25 sentyabr tarixlərində “Yaşıl Bacarıqlar Təlim Proqramı” keçirilmişdir.
Bloq
“Usta yanında şagirdlik nədir?”
Portfolio
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində peşə hazırlığı üzrə qısamüddətli təlim kursları

Leave A Reply Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

“Usta Yanında Şagirdlik" layihəsi çərçivəsində tələbələrimizin təcrübəsi davam etməkdədir.
Previous Article
Müxtəlif peşə ixtisas istiqamətləri üzrə əmək bazarının tələblərinə uyğun modul dərsliklərin hazırlanmasını həyata keçiririk
Next Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.