“Usta yanında şagirdlik” layihəsi çərçivəsində tələbələrimizin istehsalat təcrübəsi uğurla davam etməkdədir.
Dual peşə təhsil proqramı üzrə təhsil alan tələbələrin təcrübəsi ixtisaslarına uyğun aparıcı işəgötürən müəssisələrdə həyata keçirilir. Burada onlar nəzəri dərslər zamanı öyrəndiyi bilikləri praktik olaraq tətbiq edilər. Təcrübə müddətində hər işəgötürən müəssisə tərəfindən tələbələrin müşayiəti üçün mentorlar ayrılır. Təyin olunan mentorlar tələbələrə həm praktik bacarıqların mənimsənilməsi, həm də iş prosesinə adaptasiya baxımından dəstək göstərirlər.
Qeyd edək ki, tələbələr istehsalat təlimi və təcrübəsi müddətində iş mühitində baş verə biləcək risklərin qarşısının alınması məqsədilə “Usta yanında şagirdlik” layihəsi çərçivəsində fərdi qəza sığortası ilə təmin edilmişdir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.