
“Usta yanında şagirdlik” layihəsi çərçivəsində cari ildə dual qruplarda təhsil alan “Dəmiryolu stansiyası və keçid növbətçisi” və “Aşpaz” ixtisaslarının tələbələri üçün işçilik geyimləri hazırlanmışdır.
“Aşpaz” ixtisası üzrə uniformalar dərzi inklüziv qrupun müdavimləri tərəfindən ərsəyə gətirilmişdir. Bu təşəbbüs, müdavimlərin praktiki bacarıqlarının artırılmasına töhfə verməklə yanaşı, həm də gələcəkdə əmək bazarında iş imkanlarına çıxışını asanlaşdırır.
Hazırlanmış uniformalar tələbələrin işəgötürən müəssisədə real iş mühitində keçirdiyi təcrübə müddətində istifadə edilir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.