
Yanvar ayının 10 və 11 – i tarixlərində Dövlət Turizm Peşə Məktəbininin Pedaqoji heyəti üçün ixtisasartırma təlimi həyata keçirilmişdir. Təlimin məqsədi Peşə Təhsilində fəaliyyət göstərən qurumların bilik və bacarıqlarının artırılmasına töhfə vermək idi.
Təlim sessiyasının birinci günü kurikulum və onun strukturu, səriştənin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıldı. Daha sonra öyrənmə metodlarını anlamaq üçün iştirakçılar qruplara bölündü. Qrup işindən sonra düzgün rəy vermə və auditoriyanın idarə edilməsi mövzuları haqqında məlumat verildi.
Növbəti gün isə pedaqoji mühitdə peşəkar ünsiyyətin qurulması, dərsin təşkili izah edildikdən sonra, iştirakçılar qruplara bölündü. Qrup işlərinin təqdimatlarından sonra isə pedaqoji nəzəriyyələr müzakirə edildi.
“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutmuş təlim iştirakçılarda kurikulumla bağlı daha aydın təsəvvür yaratmaqla yanaşı, onlara ünsiyyət bacarıqlarının inkişafı, öyrənmə metodları və digər mövzularda bilik və bacarıqlar qazandırdı ki bu da tələbələrin əmək bazarının tələblərinə daha uyğun hazırlanmasına töhfə verəcək.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.