
21 fevral 2023-cü il tarixində peşə təhsil müəssisələri və işəgötürənlərlə birlikdə “Saç kəsimi və gözəllik xidmətlərinin təşkili” , “Moda dizayn” və “Bərbər-vizajist-manikürçü” ixtisasları üzrə kurikulumun müzakirəsi üçün dəyirmi masa təşkil edilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyi, Eldar Studio, Rich Beauty Academy, Beauty Palace, Art Lab Beauty Spa, həmçinin peşə təhsil müəssisələrinin təhsilverənləri və sahə ekspertləri iştirak ediblər. Tədbir zamanı yüksək texniki peşə təhsili haqqında məlumat verilib, fəaliyyət planı, təhsil proqramının strukturu, qəbul planı və modulların hazırlanması ilə bağlı təlimat iştirakçılara təqdim edilib. Həmçinin müxtəlif qrup işləri vasitəsilə işəgötürənlərin rəy və təklifləri müzakirə olunub.
Dəyirmi masaların həyata keçirilməsində əsas məqsədi müvafiq sahələr üzrə bazarda mühüm rol oynayan işəgötürənlərin və peşəkarların hazırki təhsil proqramı və modullar üzrə rəylərinin alınması, o cümlədən ixtisasın əmək bazarının tələblərinə tam uyğunlaşdırılması üçün təkliflərin öyrənilməsidir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin “Peşə təhsilinin məzmunun təkmilləşdirilməsi” layihəsi çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) və dərsliklərin hazırlanması nəzərdə tutulur.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.