
“Peşə təhsilində metodiki işin təşkili” layihəsi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində əsas təlim ehtiyacları müəyyən edilmişdir.
Bununla bağlı 8 may tarixində sinifin idarə olunması, təhsil proqramı (kurikulum) və qiymətləndirmənin tətbiqi mövzularında təlimlər keçirilmişdir. Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyi, ixtisas fənn müəllimi, istehsalat təlimi ustaları və layihə ekspertlərinin iştirakı ilə baş tutmuşdur.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.