
2 aprel tarixində “Peşə təhsilində metodiki işin təşkili” istiqamətində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mühəndis-pedaqoji heyətlə görüş keçirilmişdir. Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak etmişdir.
Layihənin məqsədi seçilmiş pilot təhsil müəssisələrində dövlət sənədlərinin düzgün doldurulması, plan və proqramların hazırlanması, tədrisin düzgün təşkili ilə bağlı metodiki dəstəyin göstərilməsidir.
Görüş zamanı müəllim və istehsalat təlimi ustaları ilə müzakirələr aparılmış, müvafiq tövsiyələr verilmiş və təlim ehtiyacları öyrənilmişdir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.