“Peşə təhsili və təlimi üçün iş yerində öyrənmə” layihəsi
By innoadm
Foto: BMT-nin İnkişaf Proqramı Azərbaycan
Başlanma tarixi
2020
Partnyorlar
Avropa İttifaqı (Aİ), BMTİP
Layihə
Dual təhsil
“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi əmək bazarının tələblərinə müvafiq olaraq səriştə əsaslı təlimlərin keçirilməsi üçün Azərbaycanda peşə təhsili müəssisələrinin modernləşdirilməsinə dəstək vermək məqsədi daşıyır. Avropa İttifaqının maliyyələşdirdiyi layihə BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilir.
Foto: BMT-nin İnkişaf Proqramı Azərbaycan
Layihə yeddi peşə təhsili müəssisəsində/ mərkəzlərində (dördü Bakıda, üçü Gəncə, Cəlilabad və Şəkidə olmaqla) həyata keçirilmişdir.
Layihənin təşəbbüsləri/fəaliyyətləri iş əsaslı öyrənmə sahəsində dövlət-özəl əməkdaşlığını və tərəfdaşlığı təşviq edir; peşə təhsili müəssisələrinin yeni təhsil məzmunu təqdim edirvə gənclər üçün peşə təhsili cəlbediciliyini artırmaq üçün güclü potensial yaratmağa dəstək göstərir.
Layihə seçilmiş PTT mərkəzlərinin inkişafını işə əsaslanan öyrənmə/dual proqram, qısamüddətli kurslar və dual dərəcə/diplom yanaşması vasitəsilə, həmçinin əlilliyi olan şəxslərin və digər həssas qrupların peşə təhsilində ehtiyaclarına uyğunlaşdırılmış kurikulumların tətbiqi ilə təmin etməyə çalışır.
Layihə üç istiqamət üzrə fəaliyyət göstərir:
a) Seçilmiş PTT təminatçılarında innovasiyaların tətbiqi; b) Seçilmiş PTT müəssisələrində infrastruktur və avadanlığın modernləşdirilməsi; c) Azərbaycanda PTT təminatçıları üçün potensialın inkişafı.
Layihə, həmçinin yuxarıda qeyd olunan istiqamətlərin uğurlu icrası üçün 4-cü yardımçı - horizontal tədbirlər istiqaməti üzrə fəaliyyət göstərir.
Qeyd, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf proqramı tərəfindən icra edilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi ilə Dual peşə təhsil proqramına dair məsləhət xidmətləri üzrə əməkdaşlıq edirik.