
Dual sistemdə Peşə Təhsili və Təliminin məqsədi tələbələrə fəaliyyətlərində səriştələrini inkişaf etdirməkdə kömək etməkdir ki, onlar indiki və gələcəkdə meydana çıxa biləcək problemləri həll edə bilmək qabiliyyətində olsunlar və peşə həyatlarının müəyyənləşdirilməsində iştirak edə bilsinlər. Eyni zamanda, bu sistem təhsil və biznes arasında körpü qurur.
Dual təlimin tətbiqi peşə təhsilinin əsas probleminin, yəni nəzəriyyə ilə təcrübə arasındakı boşluğun və işəgötürənlərin şikayətləndiyi gənc işçilərin texniki bacarıqlarının çatışmazlığının həllinə kömək edir.
Dual Təhsilin tərəflər üçün bir sıra faydaları vardır. Belə ki işəgötürənlər üçün, azaldılmış xərclərlə ehtiyaca uyğun, planlı kadr hazırlığı, şirkətin sosial məsuliyyətinin təşviqi, yanlış işə götürmə şansının azalması, şirkət mütəxəssislərinin mentor (təlimçi) kimi formalaşması, müqavilə və hüquqi tənzimləmə çərçivəsinin mövcudluğu, seçilmiş Peşə tədris müəssisəsi üçün, məzunların iş tapmaq imkanlarının artması, dövlət-özəl əməkdaşlığının formalaşdırılması və genişləndirilməsi, sənaye mərkəzlərinin ehtiyaclarına uyğun praktiki təlim (işsizliyin azaldılması, peşəkar ixtisaslı insanların sayını artırır), həmçinin iştirakçılar üçün peşə təhsili haqqında dövlət sənədi, nəzəri və praktiki biliklərin ən effektiv şəkildə əldə edilməsi, təlim zamanı və ya təlimdən sonra birbaşa işə götürülmə imkanı kimi bir çox üstünlükləri vardır.
Alman dual peşə təhsili modeli hansı ki tədrisin 70 %-ni təcrübə təşkil edir bütün dünyada qəbul edilən və dəyərləndirilən bir sistemdir. Bu sistem şirkətdə təlimin, peşə məktəbində isə təhsilin üstünlüklərini sistematik şəkildə birləşdirməyə yönəlmiş xüsusi təlim sistemidir. Alman dual təhsili gənclərin məktəbdən işə uğurlu keçidini effektiv şəkildə dəstəkləməsi və uğurlu iqtisadiyyat üçün ilkin şərt kimi ixtisaslı işçi qüvvəsinə zəmanət verməsi ilə fərqlənir. Bu təhsil sistemi Almaniyaya gənclər arasında aşağı işsizlik səviyyəsini saxlamağa kömək etdi, şirkətlərini ixtisaslı işçi qüvvəsi ilə təmin etdi və bununla da Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətini artırdı. İnkişaf etmiş dual təhsil modellərinə Almaniyadan başqa, Avstriya, Danimarka və İsveçrədə də rast gəlmək olar.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.