• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Xəbər

“Baytarlıq və heyvandarlıq işi” ixtisası üzrə sahə ekspertləri ilə görüş keçirilib.

By innoadm 

13 mart 2023-cü il tarixində peşə təhsil müəssisələri və işəgötürənlərlə yüksək texniki peşə təhsili istiqamətində “Baytarlıq və heyvandarlıq işi” ixtisası üzrə kurikulumun müzakirəsi üçün dəyirmi masa təşkil edilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Baytarlıq Elmi Tədqiqat İnstitutu, Yalama Aqropark MMC, Xaçmaz Aqropark MMC, kimi işəgötürən nümayəndələri, həmçinin peşə təhsil müəssisələrinin təhsilverənləri  və sahə ekspertləri iştirak ediblər. Tədbir zamanı yüksək texniki peşə təhsili haqqında məlumat verilib, fəaliyyət planı, təhsil proqramının strukturu, qəbul planı və modulların hazırlanması ilə bağlı təlimat iştirakçılara təqdim edilib. Həmçinin müxtəlif qrup işləri vasitəsilə işəgötürənlərin rəy və təklifləri müzakirə olunub.

Dəyirmi masaların həyata keçirilməsində əsas məqsədi müvafiq sənaye üzrə bazarda mühüm rol oynayan işəgötürənlərin və peşəkarların hazırki təhsil proqramı və modullar üzrə rəylərinin alınması, o cümlədən ixtisasın əmək bazarının tələblərinə tam uyğunlaşdırılması üçün təkliflərin öyrənilməsidir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin “Peşə təhsilinin məzmunun təkmilləşdirilməsi”  layihəsi çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) və dərsliklərin hazırlanması nəzərdə tutulur.


stakeholdersvetcontentvocationaleducation

Oxşarlar


Xəbər
“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəmizin açılış konfransı keçirilmişdir.
Xəbər
“Mehmanxana və restoran işinin təşkili” ixtisası üzrə sahə ekspertləri ilə görüş keçirilib.
Xəbər
“İnteryer dizayn” ixtisası üzrə sahə ekspertləri ilə görüş keçirilib.

Rəy bildir Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

"Saç kəsimi və gözəllik xidmətlərinin təşkili" , "Moda dizayn" və "Bərbər-vizajist-manikürçü" ixtisasları üzrə sahə ekspertləri ilə görüş keçirilib.
Əvvəlki
“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi
Next Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.