
“Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə həyata keçirilən 12 həftəlik qısa müddətli kurs “BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində nəzəri və praktiki olaraq keçirilir.
Təlim iştirakçılarının bir hissəsi, BAZARSTORE MMC-nin Bazarstore supermarket mağazalarında “Satıcı” ixtisası, digər bir hissəsi isə “Kassir” ixtisası üzrə nəzəri və praktik təcrübələr qazanır və bu vəzifələrə yiyələnirlər.
2022-ci ilin Yanvar ayında qısamüddətli kursun tamamlanması və yekun qiymətləndirilmənin aparılması planlaşdırılır. Təlimi uğurla tamamlayan müdavimlərə dövlət nümunəli sertifikat təqdim olunacaq. Yekun qiymətləndirilmənin nəticəsi əsasında, məzunlar “Bazarstore MMC” tərəfindən işə qəbul üçün dəyərləndiriləcək.
İşə əsaslanan təlim zamanı BAZARSTORE MMC-nin mağazalarında iş mühitində çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.