• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Xəbər

“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəmizin açılış konfransı keçirilmişdir.

By innoadm 

16 may 2023-cü il tarixində Avropa İttifaqı tərəfindən maliyyəşdirilən və Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin maraqlı tərəflərin iştirakı ilə açılış konfransı baş tutmuşdur. Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə daxil olan orta ixtisas (subbakalavr) və yüksək texniki peşə təhsili üzrə təhsil və təlimin gücləndirilməsi və bu istiqamətdə inkişafa töhfə vermək məqsədilə Azərbaycanda müvafiq qurumlara əsaslı dəstəyin göstərilməsi layihənin başlıca məqsədidir.

Qeyd edək ki, Aİ tərəfindən maliyyələşdirilən bu genişmiqyaslı layihəyə 24 fevral, 2023-cü ildən etibarən start verilmişdir. Keçirilən konfransın məqsədi isə ömürboyu təhsil kontekstində peşə təhsili və təlimi də daxil olmaqla təhsil sisteminin modernləşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində maraqlı tərəflərin dialoqunu tərtib etmək və məzunların əmək bazarına inteqrasiya prosesini asanlaşdırmaq olmuşdur.

Elm və təhsil nazirinin müavini İdris İsayev tədbirdə çıxış edərək orta ixtisas təhsilinin təhsil sistemində yeri, yüksək texniki peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsindən danışmış, yüksək texniki peşə təhsilində institutsional və proqram akkreditasiyasının vacibliyini vurğulamışdır. O, təhsil proqramlarının məzmununun əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanmasının, bu istiqamətdə ƏƏSMN ilə əməkdaşlığın mühümlüyünü qeyd etmişdir. Sonda İ.İsayev layihəyə ev sahibliyi edən Təhsil İnstitutuna tövsiyələrini vermişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov çıxışında Aİ-nın təhsil sektoruna verdiyi dəstəklə bağlı ətraflı məlumat vermişdir.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov institut tərəfindən həyata keçirilən layihələrdən danışmışdır. Yüksək texniki peşə təhsilində iqtisadiyyatın ehtiyaclarına müvafiq məzmun komponentlərinin-təhsil proqramlarının, dərsliklərin, metodiki dəstək alətlərinin hazırlanmasının zərurətini bildirmişdir. O, layihənin komponentləri üzrə məzmun hazırlığında sənaye ilə əməkdaşlıq mexanizmlərinin, səmərəli peşəyönümü işinin təşkili məqsədilə tövsiyələrin hazırlanması, həmçinin institutsional potensialın gücləndirilməsində Təhsil İnstitutunun gözləntilərini açıqlamışdır.

Layihənin əsas ekspertləri  Reiner Gerke, Mariana Mataçe, Boris Kurkoviç layihənin məqsədi, 3 komponenti və həmin komponentlərin Azərbaycan hökümətinin və Aİ-nin prioritetləri ilə əlaqələndirilməsi barədə təqdimat etmişlər.

Konfransda layihə barəsində ətraflı məlumat verilmiş və əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Bu layihə Azərbaycanda cari təhsil sisteminin Milli Kvalifikasiyalar Çərçivəsinə (AzMKÇ) uyğunlaşdırılması və davamlı təkmilləşdirmənin təşviqi istiqamətində atılmış vacib bir addım hesab olunur.


AzMKÇeducationstakeholderstəhsil

Oxşarlar


Xəbər
“Saç kəsimi və gözəllik xidmətlərinin təşkili” , “Moda dizayn” və “Bərbər-vizajist-manikürçü” ixtisasları üzrə sahə ekspertləri ilə görüş keçirilib.
Portfolio
“Peşə təhsili və təlimi üçün iş yerində öyrənmə” layihəsi
Xəbər
“İnteryer dizayn” ixtisası üzrə sahə ekspertləri ilə görüş keçirilib.

Rəy bildir Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

“Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatların aparılmasına dəstək” layihəsi çərçivəsində seminar keçirilmişdir.
Əvvəlki
Capacity Building Event was held in the framework of “Support to transition the system of rehabilitation for people with disabilities in Azerbaijan from medical rehabilitation model to a social model of practice” project.
Next Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.