
20 Aprel tarixində Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiya sisteminin tibbi reabilitasiya modelindən sosial praktika modelinə keçidi üçün lazımi dəstəyin müzakirə edildiyi tam günlük seminar keçirilmişdir.
Seminar Avropa İttiffaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatların aparılmasına dəstək” layihəsi çərçivəsində keçirilmişdir, seminarın məqsədi ölkədə reabilitasiya sistemində islahatların aparılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək olmaqdır.
Seminardan Əlillərin Siyasəti Departamentinin, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Reabilitasiya Mərkəzlərinin nümayəndələri və əlilliyi olan şəxslər faydalanacaqlar.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.