
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olduğunu vurğulayaraq bildirmişdir ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsi son illərdə müasir tələblərə uyğun qurulmuşdur.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Piter Mixalko layihənin məqsədinin əlilliklə bağlı ehtiyaclarından asılı olmadan cəmiyyətdə və iqtisadi həyatda iştirakları üçün bərabər imkanlara malik olmalarının, əlilliyi olan şəxslərin öz hüquqlarından istifadə etmələrinin və ayrı-seçkiliyə məruz qalmamalarının təmini olduğunu ifadə edib.
Tədbirdə layihə üzrə komanda rəhbəri Mişel Mur layihənin təqdimatını edərək ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatları, həmçinin əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib.
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və layihənin 2023-cü ilin 15 oktyabrına qədər icra olunma müddətində beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində ənənəvi tibbi modeldən sosial modelə keçidlə bağlı sənəd, metodlar hazırlanması, eləcə də reabilitasiya mərkəzlərinin yeni strukturunun, işçi heyəti təkmilləşdiriləcək, təlimlər həyata keçirilməsi nəzərdə tutulur.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.