• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Portfolio

“Peşə təhsili və təlimi üçün iş yerində öyrənmə” layihəsi

By innoadm 

Foto: BMT-nin İnkişaf Proqramı Azərbaycan

Başlanma tarixi
2020
Partnyorlar
Avropa İttifaqı (Aİ), BMTİP
Layihə
Dual təhsil

“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi əmək bazarının tələblərinə müvafiq olaraq səriştə əsaslı təlimlərin keçirilməsi üçün Azərbaycanda peşə təhsili müəssisələrinin modernləşdirilməsinə dəstək vermək məqsədi daşıyır. Avropa İttifaqının maliyyələşdirdiyi layihə BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilir.

Foto: BMT-nin İnkişaf Proqramı Azərbaycan

Layihə yeddi peşə təhsili müəssisəsində/ mərkəzlərində (dördü Bakıda, üçü Gəncə, Cəlilabad və Şəkidə olmaqla) həyata keçirilmişdir.

Layihənin təşəbbüsləri/fəaliyyətləri iş əsaslı öyrənmə sahəsində dövlət-özəl əməkdaşlığını və tərəfdaşlığı təşviq edir; peşə təhsili müəssisələrinin yeni təhsil məzmunu təqdim edirvə gənclər üçün peşə təhsili cəlbediciliyini artırmaq üçün güclü potensial yaratmağa dəstək göstərir.
Layihə seçilmiş PTT mərkəzlərinin inkişafını işə əsaslanan öyrənmə/dual proqram, qısamüddətli kurslar və dual dərəcə/diplom yanaşması vasitəsilə, həmçinin əlilliyi olan şəxslərin və digər həssas qrupların peşə təhsilində ehtiyaclarına uyğunlaşdırılmış kurikulumların tətbiqi ilə təmin etməyə çalışır.

Layihə üç istiqamət üzrə fəaliyyət göstərir:
a) Seçilmiş PTT təminatçılarında innovasiyaların tətbiqi;
b) Seçilmiş PTT müəssisələrində infrastruktur və avadanlığın modernləşdirilməsi;
c) Azərbaycanda PTT təminatçıları üçün potensialın inkişafı.


Layihə, həmçinin yuxarıda qeyd olunan istiqamətlərin uğurlu icrası üçün 4-cü yardımçı - horizontal tədbirlər istiqaməti üzrə fəaliyyət göstərir.


Qeyd, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf proqramı tərəfindən icra edilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi ilə Dual peşə təhsil proqramına dair məsləhət xidmətləri üzrə əməkdaşlıq edirik.


bacarıqlardual təhsilnəzəri təlimtəhsil

Oxşarlar


Xəbər
“Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin uğurlu tələbələri.
Portfolio
Peşə təhsili və təlimi üçün iş yerində öyrənmə layihəsi
Portfolio
“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi

Rəy bildir Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

Peşə təhsili və təlimi üçün iş yerində öyrənmə layihəsi
Əvvəlki
Final meeting was held to support to transition the system of rehabilitation for people with disabilities in Azerbaijan from medical rehabilitation model to a social model of practice.
Next Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.