• Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin

  • Əsas səhifə
  • Haqqımızda
  • Layihələr
  • Xəbərlər
  • Əlaqə
Linkedin
Bloq

“Usta yanında şagirdlik nədir?”

By innoadm 
“Usta yanında şagirdlik” “şagird” və “usta” münasibətləri əsasında qurulub. “Şagird” sözünün şifahi ədəbiyyatımızdakı arxaik ifadə forması olan şəyirdlik klassik təlim sistemində peşə tərbiyəsi metodunun adıdır. Orta əsr türkdilli mənbələrdə çıraq adlandırılan bu metodun yaranma tarixi qədim Misir və Mesopotamiya dövrünə qədər uzanır. Əsasən, uşağa əməyi sevdirmək və peşə öyrətmək mexanizmi olan bu qədim təlim forması daha sonra sənətin hər sahəsində tətbiq edilmişdir. Nəticədə qədim və orta əsrlər tariximizdə usta-çıraq və ya usta-şəyird adlandırılan xüsusi bir münasibət sistemi formalaşmışdır.

Usta yanında şagirdlik və təcrübə proqramları ümumiyyətlə, “təhsil və tədrisin bir hissəsi olub, ödənişli və ya ödənişsiz əsaslarla məhdud bir iş praktikası və ya peşə təcrübəsi qazanmaq üçün müntəzəm məşğulluğa keçidin asanlaşdırılmasıdır (ILO, 2014).

İşə əsaslanan öyrənmənin məqsədi peşəkar, sosial və şəxsi bacarıqları inkişaf etdirməkdir. Bunlar məşğulluq, şəxsiyyətin formalaşması və sosial inteqrasiya üçün vacib ilkin şərtlərdir. Bu metodun xüsusi güclü tərəfi praktiki bacarıq və səriştələrin real iş mühitində əldə edilməsindədir. İşə əsaslanan öyrənmə təkcə formal təhsil və təlim iştirakçılarını deyil, eyni zamanda işəgötürən müəssisənin işçilərini də əhatə edir.


BacariqliOlbloqsəriştətəcrübəusta yanında şagirdlik

Oxşarlar


Xəbər
“Turizm sahəsində Dual Təhsil Proqramı” üzrə təhsil alan tələbələrin uğuru.
Bloq
“Sosial inklüzivlik” nədir?
Xəbər
“Üzümçülük və şərab ustası” tələbələrinin iş əsaslı təlimi tamamlanmışdır.

Rəy bildir Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

“Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatların aparılmasına dəstək” layihəsi
Əvvəlki
"Sosial inklüzivlik" nədir?
Next Article

İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.

Keçidlər

  • Haqqımızda
  • Layihələr
  • Bloq və xəbərlər

Əlaqə

  • (012) 310 15 31
  • office@innoveta.az
  • Bakı, Qurban Abbasov 29
Linkedin
İNNOVETA 2022. Bütün hüquqlar qorunur.