“Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatların aparılmasına dəstək” layihəsi
By innoadm
Başlanma tarixi
2022
Partnyorlar
EPRD, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Layihə
Siyasət, Təlim
“Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatların aparılmasına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və EPRD İqtisadi Siyasət və Regional İnkişaf Ofisi tərəfindən həyata keçirilir.
Layihə Aİ - Azərbaycan Tərəfdaşlığının prioriteti olan Azərbaycanda sosial müdafiə sistemlərinin təşviqinə töhfə verəcək. Xüsusilə, bu, əlilliyi olan şəxslərin sosial inklüzivliyini və həmin şəxslərə olan qayğı dəstəyini yaxşılaşdırmağa yönələcək.
Ümumi məqsəd:
Bu layihə əlilliyi olan şəxslərin əlilliyə dair ənənəvi tibbi yanaşma modelindən Avropanın qabaqcıl təcrübəsində istifadə edilən ictimai hüquqlara əsaslanan modelə aparan reabilitasiya sistemi üzrə islahatları dəstəkləyən və Azərbaycanda tətbiq edilən əlilliyi olan şəxslər üçün xidmətlər, siyasətlər və təcrübələr haqqında məlumatlandırmanın vacibliyini qəbul edir.
Layihənin xüsusi məqsədləri:
Layihə Azərbaycan Hökumətinə, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) hüquqa əsaslanan sosial model siyasətinin və əlilliyi olan şəxslər üçün Aİ-yə üzv dövlətlərdə ən yaxşı təcrübələrə bərabər olan reabilitasiya sisteminin işlənib hazırlanmasında dəstək verəcək.