Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi
Layihə
İş yerində öyrənmə
Biz “Bacarıqlı ol” şüarı altında peşə təhsili müəssələrinin tələbələrinə real iş mühitində təcrübə keçmək imkanı yaradırıq və layihənin ərsəyə gəlməsində böyük rolumuz vardır.
Usta yanında şagirdlik və təcrübə proqramı “işə əsaslanan öyrənmə” modulunun bir növüdür.
Proqram nəzəri biliklərin peşə təhsili müəsissəsində, praktiki biliklərin, bacarıq və səriştələrin isə paralel olaraq tərəfdaş şirkətlərdə real iş mühitində əldə edilməsini təmin edir.
Layihənin əsas məqsədi “Peşə təhsil müəssisələrinin (PTM) tələbələrinin və 16-35 yaş arası işsiz gənclər üçün nəzəri və praktiki bilikləri əhatə edən təlimin işəgötürənin tələblərinə əsasən və iş şəraitinə ən yaxın şəkildə təşkili, peşə təhsilinin əhatəliliyini və təlim məzunlarının işəgötürülmə imkanlarının artırılmasını həyata keçirməkdir.
Bundan başqa, bir çox sahələrdə mütəxəssislərin yanında peşəyə sahiblənmək üçün qeyri-rəsmi həyata keçirilən “şagirdlik” praktikasının rəsmi olaraq peşə təhsilinə inteqrasiyasının təmin edilməsi bu layihənin əsas məqsədlərindən biridir.