İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir. Şirkət hazırda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Avropa İttifaqının dəstəyi ilə siyasət islahatları layihələrini həyata keçirir, həmçinin Azərbaycan hökumətinin maliyyəsi ilə peşə təhsili üzrə müxtəlif təşəbbüslərlə məşğul olur.
Biz, layihələrin idarə edilməsi sahəsində uzun illər peşəkar və praktik təcrübəyə malik innovasiya yönümlü mütəxəssislərdən ibarət komandayıq.
Gələcək üçün baxışımız müxtəlif sosial təbəqələr üzrə aktual peşələr ilə əmək bazarına birbaşa daxil olan körpu olmaqdır.
Missiyamız müştərilərimizə fəaliyyətlərində fərqli, davamlı və əhəmiyyətli təkmilləşdirmələr etməkdə kömək etmək və yenilikçi peşəkar təlim, tədris və strateji planlaşdırma təqdim etməkdir.
- müştəri xidməti üçün yüksək standartlar və şərtlər təklif etmək;
- müştəri etibarını, qarşılıqlı hörmət, inam və dürüstlüyü qorumaq;
- yüksək etik standartlara riayət etmək;
- dayanıqlı və nəticəyönümlü həllərə sadiq qalmaq.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.